Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İqor Korotçenko: Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib

31 Oktyabr 2020, 13:58 (GMT +4)

Bakı, 31 oktyabr, SalamNews. Rusiya Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutur. Rusiya Prezidenti Vladimir Putin “Rossiya zovyot” VTB investisiya forumundakı çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu hərbi münaqişədən əvvəlki fəal işi dövründə əvvəlcə beş rayonun, sonra daha iki rayonun Azərbaycana qaytarılması məsələsi gündəlikdə idi. Bu, vəziyyətin sadələşdirilməsi üçün siyasi addımlardan biri idi. Bu gün Azərbaycan Ordusu de-fakto bu məsələləri özü yerinə yetirir.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. Hərbi ekspert qeyd edib ki, Azərbaycan hər bir halda yeddi rayonu azad edəcək.

O deyib: “Əgər Ermənistan məsuliyyətli olsaydı, bu əraziləri Azərbaycana siyasi yolla qaytarmağa razılaşardı. Lakin bu gün Azərbaycan həmin torpaqları hərbi yolla qaytarır, hər iki tərəfdən insanlar həlak olur. Əgər Yerevan özünü məsuliyyətli aparsaydı, əgər o, Madriddə və Kazanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu cür qurbanlar olmazdı. Prezident Vladimir Putin də təsdiq edib ki, bu məsələ müzakirə edilmişdi və reallaşdırılmalı idi. Lakin Yerevanın inadkarlığı ucbatından bu məsələ sülh yolu ilə həll edilmədi”.

Ekspert əmindir: “Azərbaycan bir-birinin ardınca qələbələr qazanır. Bu, Yerevanın daha konstruktiv olması üçün ona təsir edəcəkmi? Zənnimcə, çətin ki, belə olacaq. Mənim fikrimcə, Laçın alınmayınca, Laçın dəhlizi bağlanmayınca, Yerevan öz qoşunlarını Qarabağdan çıxarmaq barədə siyasi saziş imzalamaq məsələsini heç nəzərdən keçirməyəcək. “Tələ” bağlananda və erməni qruplaşması mühasirəyə alınanda, bax o vaxt ola bilsin ki, müəyyən siyasi razılaşmalar əldə ediləcək. Hələlik isə düşünürəm ki, erməni qoşunlarının müqaviməti davam edəcək”.

İ.Korotçenko vurğulayıb ki, Yerevan hələ də üçüncü tərəfi hərbi qarşıdurmaya cəlb etməyə çalışır. O deyib: “Hazırda Paşinyan hərbi iflas həddindədir. Paşinyan artıq Türkiyəni münaqişəyə cəlb etmək, sonra isə kömək üçün Moskvaya müraciət etmək kimi cəhdlər göstərib, lakin ona rədd cavabı verilib. Bu fakt barədə sadəcə KİV-lərdə məlumat verilməyib. Paşinyan Putindən qoşun yeridilməsini xahiş edib və ona rədd cavabı verilib. Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib. Onlar qışqırırdılar ki, Rusiya desant əməliyyatı, artilleriya zərbələri və ya qoşun yeridilməsi yolu ilə Ermənistanı müdafiə etməlidir. Bu cür hay-küyün xeyri olmadı və bu gün də yoxdur. V.Putin çox səliqəli, sağlam mövqe tutdu. O dedi ki, münaqişə Ermənistanın ərazisində getmir, buna görə də Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməsi üçün əsas yoxdur. Paşinyan isə belə əsaslar yaranması üçün Azərbaycanın şəhərlərinə zərbə endirir. O ümid edir ki, Bakı buna dözməyəcək, cavab zərbəsi endirəcək və bu, Ermənistanın hərbi kömək üçün KTMT-yə müraciət etməsinə imkan verəcək. Prezident İlham Əliyev isə deyib ki, biz vicdanla, döyüş meydanında vuruşacağıq. Beləliklə, Paşinyan öz problemləri ilə tək qalır”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib: “Azərbaycan işğalçıları öz ərazisindən güc tətbiq etməklə sıxışdırıb çıxardığı şəraitdə yeni siyasi reallıq yaranıb. Prezident İlham Əliyev bu yeni siyasi reallığı bəyan edərək deyib ki, ermənilər Dağlıq Qarabağda siyasi muxtariyyət alacaqlar. Azərbaycanın ərazisində ikinci erməni dövləti olmayacaq. Hər şey tamamilə açıq-aydın deyilib. Ermənistan məğlubiyyətə uğrayan tərəfdir. Lakin o, məğlub olduğunu etiraf etmək istəmir. Məğlubiyyət elə olmalıdır ki, Ermənistan real olaraq hansısa sazişləri imzalamaq istəsin. Bir daha təkrar edirəm, hazırda hər şey hərbi yolla həll edilir. Erməni hərbi qruplaşmalarının ətrafındakı “tələ” bağlananda Yerevan artıq konkret substantiv danışıqlar aparmaq istəyəcək ki, erməni qoşunlarının Qarabağı tərk etmələrindən ötrü dəhliz açılsın. Yəqin ki, o vaxt bu cür danışıqlar mümkün olacaq. Lakin onda danışıqlar artıq Azərbaycanın irəli sürdüyü şərtlər daxilində aparılacaq”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:13 (GMT +4)
FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66