İraqın Diyala əyalətində iki partlayış törədilib, ölənlər var05 Noyabr 2020, 16:47 (GMT +4) Bakı 5 noyabr, SalamNews. B.Samid. İraqın şimal-şərqində Diyala əyalətində bir avtomobilə quraşdırılan bombanın patlaması nəticəsində ölənlər var.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, Diyala əyalətində avtomobilə quraşdırılan bombanın partlamasından sonra əraziyə polis qüvvələri ezam edilib. Polis qüvvələri terror aktının yerinə çatan zaman ikinci bomba işə salınıb.
Məlumata görə ümumilikdə 3 nəfər həlak olub və daha üç nəfər yaralanıb.
Ölən və yaralananların arasında qadın və uşaqlar var.
Qeyd edək ki, Diyala əyalətinin ucqar bölgələri İŞİD terror təşkilatının axtarışda olan üzvlərinin fəal olduğu bölgələrdəndir.
|