Bakı, 6 noyabr, SalamNews. Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bu barədə SalamNews-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.