Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

07 Noyabr 2020, 11:20 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews. Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb.

Bakı Media Mərkəzindən SalamNews-a verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.

Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gözəl şəhərdə ermənilər tərəfindən talan olunan mədəniyyət nümunələrimiz, məhv edilən tarixi abidələrimiz bərpa ediləcək. Yenə gözəl Cıdır düzü Azərbaycan igidlərinin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Şuşa Qarabağdır, Qarabağ isə Azərbaycandır! Şuşa, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı üçün dogma torpaq, əziz bir şəhərdir. Bu gün hər bir Azərbaycan vətəndaşı digər ərazilərimiz kimi, döyünən ürəyimiz – Şuşanın da azad olunacağı günü səbirsizliklə gözləyir.

3 dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi youtube və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə Yeni il sovqatları göndərib

Heydər Əliyev Fondu Qarabağda məscidlərin bərpası üçün layihəyə başlayıb

Heydər Əliyev Fondu Vatikanda “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefini bərpa edib

Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan Oqtay Gülalıyev sabah Bakıya gətirilir

Heydər Əliyev Fondu tərəfindən Xaçmazda təmir edilmiş məktəbin açılışı olub 

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

Birinci vitse-prezident 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondu konsert proqramı hazırlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə cinayət işi başlanıb

Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi açılıb 

Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq sovqatı çatdıracaq

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası davam edir (FOTOLAR)

Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

18 Yanvar 2021, 18:18 (GMT +4)
ABŞ-da məhkəmə vasitəsi ilə "Telegram"ın AppStore-dan silinməsi tələb edilir

18 Yanvar 2021, 18:00 (GMT +4)
Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

18 Yanvar 2021, 17:53 (GMT +4)
QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

18 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycan ötən il elektrik enerjisi ixracını 25% azaldıb

18 Yanvar 2021, 17:45 (GMT +4)
Ərdoğan: Türkiyə nə qədər güclənirsə, Ankaraya təzyiq bir o qədər artır

18 Yanvar 2021, 17:40 (GMT +4)
Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib

18 Yanvar 2021, 17:37 (GMT +4)
Şuşada beşmərtəbəli binada yanğın olub

18 Yanvar 2021, 17:30 (GMT +4)
Gəncədə antisanitar çörək istehsalı müəssisəsi bağlanıb

18 Yanvar 2021, 17:28 (GMT +4)
Çində son sutkada 109 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 17:20 (GMT +4)
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

18 Yanvar 2021, 17:11 (GMT +4)
Suriya İranla İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir - Sergey Lavrov

18 Yanvar 2021, 17:10 (GMT +4)
Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq

18 Yanvar 2021, 17:02 (GMT +4)
Azərbaycanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq

18 Yanvar 2021, 16:50 (GMT +4)
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

18 Yanvar 2021, 16:47 (GMT +4)
Rusiya Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

18 Yanvar 2021, 16:46 (GMT +4)
ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirib

18 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub

18 Yanvar 2021, 16:30 (GMT +4)
Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

18 Yanvar 2021, 16:23 (GMT +4)
Berlin Moskvadan Navalnının azadlığa buraxılmasını tələb edib

18 Yanvar 2021, 16:20 (GMT +4)
Azərbaycan ötən il 470 min ton metanol ixrac edib

18 Yanvar 2021, 16:10 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

18 Yanvar 2021, 16:00 (GMT +4)
Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

18 Yanvar 2021, 15:45 (GMT +4)
Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub

18 Yanvar 2021, 15:44 (GMT +4)
ABŞ Əfqanıstandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb

18 Yanvar 2021, 15:41 (GMT +4)
Avropa Parlamentində və Avropa İttifaqı Şurasında Navalnının saxlanılması müzakirə ediləcək

18 Yanvar 2021, 15:30 (GMT +4)
MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

18 Yanvar 2021, 15:21 (GMT +4)
KİV: Tramp tərəfdarları müxtəlif ştatlarda azsaylı etiraz aksiyaları təşkil edib

18 Yanvar 2021, 15:10 (GMT +4)
Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

18 Yanvar 2021, 15:00 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

18 Yanvar 2021, 14:50 (GMT +4)
Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66