Suriyalı qaçqınların yurdlarına qayıtması ilə bağlı beynəlxalq konfrans keçirilir11 Noyabr 2020, 09:46 (GMT +4) Bakı 11 noyabr, SalamNews. B.Samid. Bu gündən etibarən iki gün ərzində Dəməşqdə qaçqınların vəziyyətilə bağlı beynəlxalq konfrans işinə başlayır.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Əyman Susanın sözlərinə görə bu konfransa 27 ölkə və 12 beynəlxq təşkilat qatılacaq.
Məlumata görə konfransda suriyalı qaşqınların ölkələrinə və ya öz bölgələrinə dönməsini təmin edən addımlar və bu istiqamətdə beynəlxalq ictimaiyyətin verə biləcəyi dəstəklər müzakirə ediləcək.
Ötən gün Suriya xarici işlər nazirinin müavini Əyman Susan konfransla bağlı keçirilən mətbuat konfransında, bu məsələnin bəzi dövlətlər tərəfindən siyasiləşdirilməsinin humanitar məqsədlərə zərər verəcəyini deyib.
|