Milli Məclis Ali Baş Komandan və Azərbaycan xalqına müraciət edəcək12 Noyabr 2020, 11:00 (GMT +4) Bakı, 12 noyabr, SalamNews. Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxildir.
1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.
|