Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

14 Noyabr 2020, 16:43 (GMT +4)

Bakı, 14 noyabr, SalamNewsBu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

XİN-dən SalamNews-a verilən məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd etdi. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildirdilər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğuladılar. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildirdilər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Yanvar 2021, 18:06 (GMT +4)
Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

21 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan ötən il Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 18% artırıb

21 Yanvar 2021, 17:50 (GMT +4)
Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

21 Yanvar 2021, 17:47 (GMT +4)
Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

21 Yanvar 2021, 17:42 (GMT +4)
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

21 Yanvar 2021, 17:32 (GMT +4)
Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 17:28 (GMT +4)
Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

21 Yanvar 2021, 17:19 (GMT +4)
Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb

21 Yanvar 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

21 Yanvar 2021, 17:03 (GMT +4)
Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

21 Yanvar 2021, 17:02 (GMT +4)
Prezident: “Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”

21 Yanvar 2021, 16:58 (GMT +4)
İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər 

21 Yanvar 2021, 16:52 (GMT +4)
Nazirlik: Yanvarın 27-də məktəblilərin qış tətili başlayır

21 Yanvar 2021, 16:42 (GMT +4)
​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

21 Yanvar 2021, 16:32 (GMT +4)
"Nar" Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21 Yanvar 2021, 16:28 (GMT +4)
Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

21 Yanvar 2021, 16:25 (GMT +4)
MN Füzuli rayonunun Dördçinar kəndindən videogörüntülər yayıb

21 Yanvar 2021, 16:15 (GMT +4)
Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb

21 Yanvar 2021, 16:06 (GMT +4)
Şabranda karantini pozan kafe sahibi və müştəriləri cərimələnib

21 Yanvar 2021, 15:56 (GMT +4)
Hərbi Prokurorluq: Vətən müharibəsində həlak olan 2 858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

21 Yanvar 2021, 15:46 (GMT +4)
Dövlət başçısı: Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir

21 Yanvar 2021, 15:45 (GMT +4)
Baydenin andiçmə mərasimindən sonra Sietl və Portlenddə iğtişaşlar olub

21 Yanvar 2021, 15:36 (GMT +4)
DİN: Postlardan icazə almadan keçməyə cəhd göstərən 2 315 nəqliyyat vasitəsi geri qaytarılıb

21 Yanvar 2021, 15:25 (GMT +4)
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb

21 Yanvar 2021, 15:22 (GMT +4)
ABŞ 100 gün müddətinə deportasiyanı dayandırıb

21 Yanvar 2021, 15:16 (GMT +4)
İsraildə bir günə 8,174 nəfərin koronavirusa yoluxması qeydə alınıb

21 Yanvar 2021, 15:03 (GMT +4)
İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanş olub (FOTO)

21 Yanvar 2021, 14:52 (GMT +4)
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21 Yanvar 2021, 14:42 (GMT +4)
Çində son sutkada 144 yeni koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 14:33 (GMT +4)
Ötən il Azərbaycanda metanol istehsalı 24 %-dən çox artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66