Türkiyə və Avropa Birliyi İsrail tərəfindən qeyri-qanuni yaşayış massivlərinin salınmasını pisləyiblər16 Noyabr 2020, 10:06 (GMT +4) Bakı 16 noyabr, SalamNews. B.Samid. Türkiyənin Xarici İşlər Nazirliyi eləcə də Avropa Birliyi işğal edilən Qüdsün şərqində və İordan çayının qərbində İsrail tərəfindən qeyri-qanuni yaşayış massivlərinin salınmasını kəskin pisləyiblər.
SalamNews Anadolu-a istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Qüdsün şərqində yeni yaşayış massivlərinin salınması addımlarına görə xəbərdarlıq edib.
Türkiyə XİN-in bəyanatında beynəlxalq ictimaiyyətdən tələb edilib ki, bu kimi təcavüzkar addımların qarşısının alınması üçün lazımi addımlar atılsın.
Eyni zamanda Avropa Birliyi Qüdsün şərqində İsrail tərəfindən yeni yaşayış massivlərinin salınmasına sərt reaksiya verib.
Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel İsrailin bu addımını tənqid edərək, onun iki dövlətin təsisi prinsipinə ciddi zərbə vurduğunu deyib.
Qeyd edək ki, İsrailin aidiyyatı qurumları ötən gün Qüdsün şərqində 1257 mənzildən ibarət massivin salınması üçün tender keçiriblər və burada qalib şirkət müəyyən edilib.
|