Tramp ötən həftə hərbi rəsmilərlə İrana zərbələrin endirilməsini müzakirə edib - KİV17 Noyabr 2020, 12:44 (GMT +4) Bakı 17 noyabr, SalamNews. B.Samid. “ABŞ prezidenti Donald Tramp ötən həftə ölkənin yüksək hərbi rəsmilərilə İranda bır nüvə obyektinə zərbələrin endirilməsini müzakirə edib.”
SalamNews xəbər verir ki, bu barədə New-York Tımes ABŞ rəsmi mənbələrinə istinadla iddia irəli sürüb.
Bildirilib ki, Donald Tramp ötən həftə ölkənin yüksək hərbi rəsmilərilə İrana məhdud zərbələrin endirilməsi barədə məsləhətləşib və hərbi rəsmilər onu bu fikirdən daşındırıblar.
ABŞ Administrasiyasında olan hazırki və sabiq rəsmilərin məlumatına görə, Tramp İranda böyük nüvə obyektlərindən olan Nətənzə zərbələrin endirilməsi barədə soruşub. ABŞ Administrasiyasında olan yüksək rəsmilər bu addım barədə ona xəbərdarlıq ediblər.
Əlavə edilib ki, toplananlar arasında vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo, müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller və qərargah rəisi Mark Milley də olub.
Məlumata görə, Pompeo və Milley potensial risklər barədə fikirlərini təqdim etdikdən sonra, raket zərbəsi ehtimalı müzakirə mövzusundan çıxarılıb.
Bəzi ekspertlər bildirir ki, seçkilərdə uduzan Donald Tramp ABŞ daxilində manevrə edə bilsin deyə, İraqda, Suriya və Livanda İrana yaxın olan hərəkatlara və hərbi briqadalara zərbələr endirə bilər.
|