İsrail Dəməşqin ətrafına aviazərbələr endirib, ölənlər var18 Noyabr 2020, 08:57 (GMT +4) Bakı 18 noyabr, SalamNews. B.Samid. İsrail ötən gecə işğalda saxladığı Colan Yüksəklikləri səmasından Dəməşqin ətrafına raket zərbələri endirib.
SalamNews SANA-a istinadla xəbər verir ki, ötən gecə saat 03.00 radələrində İsrailin işğalda saxladığı Colan Yüksəklikləri səmasından Dəməşqin ətrafına bir neçə dəfə raket zərbələrinin endirilməsinə cəhd edilib.
Havadan müdafiə hərəkətə keçərək, raketlərin bəzisini zərərsizləşdirib.
Dəməşqin ətrafında bir sıra obyektlərin hədəfə alınması nəticəsində Suriya Ordusunun üç hərbçisi həyatını itirib və bir neçəsi yaralanıb. Maddi ziyanlar dəyib.
Eyni zamanda İsrail Ordusunun mətbuat xidməti bu hücumun onlar tərəfindən həyata keçirildiyini, “Dəməşqin ətrafında Suriya Ordusu və İrana bağlı qüvvələrin hədəfə alındığı"nı iddia edib. Bildirilib ki, bu hava zərbələri Suriya tərəfdən (İsrail tərəfindən işğal edilən) Colanda minaları basdırmasına görə həyata keçirilib.
|