İranda hücumlar həyata keçirən qruplaşmanın lideri öldürülüb18 Noyabr 2020, 14:34 (GMT +4) Bakı 18 noyabr, SalamNews. B.Samid. İranın cənub-şərq sərhədi bölgələrində təhlükəsizlik qüvvələrinə intensiv hücumlar həyata keçirən “Ceyşul-Ədl” qruplaşmasının lideri öldürülüb.
SalamNews bu barədə FarsNews-a istinadla xəbər verir.
Bildirilib ki, İranda dəfələrlə hücumlar həyata keçirən “Ceyşul-Ədl” qruplaşmasının lideri Molla Ömər ləqəbli Ömər Şahvərzi iki oğlu ilə birlikdə Pakistan ərazisində öldürülüb.
Məlumata görə “Ceyşul-Ədl” qruplaşmasının lideri Pakistanın təhlükəsizlik qüvvələrinin Türbət-Bəluçistan bölgəsində apardıqları əməliyyat zamanı öldürülüb. Bu əməliyyat zamanı Pakistan təhlükəsizlik qüvvələrindən də həyatlarını itirənlər olub.
Qeyd edək ki, Pakistanın bu əməliyyatı İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin İslamabada səfərindən bir neçə gün sonra baş tutub.
|