ABŞ Səhiyyə Nazirliyi Baydenlə işləməkdən imtina edib19 Noyabr 2020, 10:49 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. ABŞ Səhiyyə Nazirliyi, ABŞ Ümumi Xidmətlər İdarəsi (GSA) təsdiq edənə qədər prezident seçkilərində qələbəsini elan edən Cozef Baydenin komandası ilə işləməyəcək.
SalamNews xəbər verir ki, bu barədə "CNN" telekanalı qurumun rəhbəri Aleks Azara istinadən məlumat yayıb.
"Biz açıq şəkildə elan edik, GSA müəyyən etdikdə (kim qalib gəlib -red) tam ortaq professional keçid və hazırlığı təmin edəcəyik. Biz idarəetmə prinsiplərini əlimizdə rəhbər tuturuq", Azar bildirib.
|