Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

19 Noyabr 2020, 12:00 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews. Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüş zamanı Anar Kərimov Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Bu günlərdə Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən söz açan nazirin birinci müavini Ermənistan ordusunun yaşayış məntəqələrimizə, dinc əhaliyə qarşı hücumları barədə danışıb. Gəncəyə raket zərbəsindən sonra səfir Corc Dikin oraya gedərək bu insanlıq əleyhinə cinayəti öz gözləri görməsini təqdirlə qeyd edən Anar Kərimov göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa töhfəsindən bəhs edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsünün beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ölkəmizdəki yəhudi icması da cəmiyyətimizin tərkib hissəsidir. Yəhudi icması Azərbaycan xalqı ilə tarixən mehriban şəraitdə yaşayıb, bu gün də ölkəmizin inkişafına öz töhfəsini verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Albert Aqarunovla xalqlarımız qürur duyur.

Səfir Corc Dik səmimi qəbula görə təşəkkürünü bildirərək iki xalqın əsrlərə dayanan dostluq münasibətlərinin bu gün Azərbaycan və İsrail arasında sıx əməkdaşlığa zəmin yaratdığını vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif sahələrdə inkişafını qeyd edən diplomat respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib.

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığa nəzər salınıb, müxtəlif sahələr üzrə mübadilənin genişləndirilməsi, müvafiq fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən səfir bildirib ki, caz musiqisi, Azərbaycan muğamı və yəhudi musiqisi ilə bağlı birgə layihələr həyata keçirilə bilər.

Söhbət zamanı yaradıcı sənayelər sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib

Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib

Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

Anar Kərimov Mədəniyyət Nazirliyinin kollektivinə təqdim edilib

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin olunub

24 Yanvar 2021, 23:35 (GMT +4)
İranın xarici işlər naziri Bakıya gəlib (FOTO)

24 Yanvar 2021, 15:04 (GMT +4)
Türkiyə dəniz quldurları tərəfindən qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçib

24 Yanvar 2021, 14:28 (GMT +4)
Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə hücum edib, bir azərbaycanlı öldürülüb

24 Yanvar 2021, 10:19 (GMT +4)
İŞİD İraqda Haşd-Şabi təhlükəsizlik qüvvələrinə hücum edib, 11 hərbçi həlak olub

24 Yanvar 2021, 10:06 (GMT +4)
AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66