İranda koronavirusdan ölənlərin sayı 43 mini keçib19 Noyabr 2020, 16:48 (GMT +4) Bakı 19 noyabr, SalamNews. B.Samid. İranda son sutkada 476 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 43,417-ə çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, ölkədə son sutkada 476 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 43,417-ə çatıb.
İran rəsmisi əlavə edib ki, son 24 saat ərzində ölkədə 13,223 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 815,117-ə çatıb.
İranda 5 milyon 667 min insan koronavirusla bağlı testlərdən keçib və yoluxanlardan 583 mini sağalıb.
|