İranın xarici işlər naziri gələn həftə Bakıya gələcək20 Noyabr 2020, 10:10 (GMT +4) Bakı 20 noyabr, SalamNews. B.Samid. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftənin əvvəli Bakı və Moskvaya səfər edəcək.
SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə rəsmi tvitter səhifəsində məlumat verib.
İran rəsmisi bildirib ki, gələn həftənin bazar ertəsi və cümə axşamı günlərində Cavad Zərif Bakı və Moskvaya iki günlük səfərə yollanacaq.
Bildirilib ki, qarşılıqlı əlaqələr və bir sıra region məsələləri, o cümlədən Qarabağla bağlı müzakirələr aparılacaq.
|