DİN: Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə məşğul ola biləcək20 Noyabr 2020, 14:40 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Daxili İşlər Nazirliyi həftəsonu lisenziyası olan şəxslərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov SalamNews-a açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir”.
|