Ermənistan prezidenti müdafiə nazirinin istefasını təsdiqləyib20 Noyabr 2020, 14:50 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Ermənistan prezidenti Armen Sarkisyan ölkənin müdafiə naziri David Tonoyanın istefası ilə bağlı sərəncam imzalayıb.
SalamNews -un xəbər verdiyi kimi, bu barədə Ermənistan prezidentinin saytında məlumat verilir.
"David Tonoyan müdafiə naziri vəzifəsindən azad edilsin", sənəddə deyilir.
Qeyd edək ki, 16 noyabrda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan istefa edib, onun yerinə Ara Ayvazyan təyin edilib.
|