Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Təhsil Nazirliyi: Qarabağ qələbəsinin tədrisdə əks olunması ilə bağlı Fəaliyyət Planı təsdiqlənib

20 Noyabr 2020, 16:15 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews. Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib.

Təhsil Nazirliyindən SalamNews-a verilən məlumata görə, məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir.
Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunur.

Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır.

Həmçinin “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır.

Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur.

Xatırladaq ki, görüləcək işlər çərçivəsində noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşları intihar edən şagirdlərin ailəsinə baş çəkiblər

DİM və Təhsil Nazirliyi buraxılış imtahanları ilə bağlı yeni qərar verib

Təhsil Nazirliyi: Hər gün 800-1000 nəfər müəllim vaksin olunacaq

Təhsil Nazirliyi məktəblərdə pul yığılması ilə bağlı ictimaiyyətə müraciət edib

Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi: III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi: Direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçiriləcək

Təhsil Nazirliyi: Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək

Təhsil Nazirliyi: Respublika fənn olimpiadalarına start verilib

Təhsil Nazirliyi: 600-dən çox vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

Təhsil Nazirliyi: Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb

Təhsil Nazirliyi məktəblərin açılması ilə bağlı məlumat yayıb (VİDEO)

Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılıb

Təhsil Nazirliyi: Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək

Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb

Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

Təhsil Nazirliyi dərslərin ənənəvi bərpası məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi: 15 mindən çox tələbənin təhsil haqqı dövlət hesabına ödənilib

Təhsil Nazirliyi sistemində yeni təyinat olub

19 Aprel 2021, 10:00 (GMT +4)
Martda 1200-ə yaxın sahibkar təlim və məsləhət xidmətlərindən faydalanıb

19 Aprel 2021, 09:50 (GMT +4)
Rusiya 20 çexiyalı diplomatı persona non-qrata elan edib

19 Aprel 2021, 09:45 (GMT +4)
Bakıda mənzildə kişi meyiti aşkarlanıb

19 Aprel 2021, 09:37 (GMT +4)
Misirdə qatar qəzasında ölənlərin sayı 11-ə çatıb

19 Aprel 2021, 09:18 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 140 milyonu keçib

19 Aprel 2021, 09:15 (GMT +4)
BNA: Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

19 Aprel 2021, 09:11 (GMT +4)
İranda Sepah-ın tanınmış generalı vəfat edib

19 Aprel 2021, 09:00 (GMT +4)
Yevlaxda ikimərtəbəli ərzaq mağazasında yanğın olub

19 Aprel 2021, 04:36 (GMT +4)
İnsanlar Allaha durmadan şükür etməlidir - Ramazanın 6-cı gününün duası

18 Aprel 2021, 07:48 (GMT +4)
Ramazanın beşinci gününün duası - imsak və iftar vaxtı

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

17 Aprel 2021, 14:45 (GMT +4)
Azərbaycanda külək enerjisinin istehsalı 12 % azalıb

17 Aprel 2021, 14:30 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 dəfə azalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66