Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

20 Noyabr 2020, 17:20 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews. Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən SalamNews-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilib.

Semyon Peqov və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.

Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb

Gəncədə itkin düşən qızın öldürülməsilə bağlı Baş Prokurorluq və DİN birgə məlumat yayıb

Baş Prokurorluq Ata Abdullayevin həbsini təsdiqləyib

Baş Prokurorluq: Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib

Baş Prokurorluq Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı videoçarx hazırlayıb (VİDEO)

Baş Prokurorluq: Atəşkəsdən sonra 5 hərbi qulluqçu minaya düşərək şəhid olub (VİDEO)

Baş Prokurorluq vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluq sosial şəbəkədə yalan məlumat yayan qadına xəbərdarlıq edib

Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməyə çağırıb (VİDEO)

DİM Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək

Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Baş Prokurorluq Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edilib

Baş Prokurorluq və DİN vətəndaşlara xəbərdarlıq edib

Baş Prokurorluq əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüb

Baş Prokurorluq karantin rejiminin tələblərini pozanlara xəbərdarlıq edib (VİDEO)

Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

15 Aprel 2021, 13:54 (GMT +4)
Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

15 Aprel 2021, 13:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15 Aprel 2021, 13:36 (GMT +4)
Putin və Lukaşenko telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib

15 Aprel 2021, 13:25 (GMT +4)
İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 13:14 (GMT +4)
Çavuşoğlu: Türkiyə "Montrö" razılaşmasının şərtlərinə ciddi şəkildə əməl edir

15 Aprel 2021, 13:00 (GMT +4)
AAYDA: “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib (FOTO)

15 Aprel 2021, 12:53 (GMT +4)
"NYT" ABŞ-ın yeni sanksiyalarının Rusiyanın suveren borcuna təsir edəcəyini yazıb

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

15 Aprel 2021, 09:15 (GMT +4)
Balakəndə qaydaları pozan sürücülər cərimələnib

15 Aprel 2021, 09:07 (GMT +4)
Ərbildə ABŞ qüvvələrinin olduğu hava limanına hücum edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66