ABŞ-da son sutkada 187 mindən çox COVİD-19-a yoluxma aşkar edilib20 Noyabr 2020, 17:51 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. ABŞ-da son sutkada koronavirusa yoluxma hallarının sayı 187 mindən çox artıb, bu da yeni rekord göstəricidir, iki mindən çox insan ölüb.
SalamNews -un məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə KİV-lərin və digər mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universiteti xəbər verir.
Universitetin məlumatına görə, son 24 saat ərzində ABŞ-da 187.833 yeni yoluxma hadisəsi qeydə alınıb, daha 2015 xəstə ölüb.
|