Şoyqu Rusiyanın bundan sonra Qarabağda qan axıdılmasına yol verməyəcəyini deyib21 Noyabr 2020, 12:57 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyanla görüşən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin bundan sonra Qarabağda qan axıdılmasına imkan verməmək niyyətində olduğunu bəyan edib. SalamNews TASS-a istinadən xəbər verir ki, görüşün fraqmenti Ermənistan baş nazirinin rəsmi internet səhifəsində yer alıb.
“Ümid edirəm ki, bundan sonra Qarabağda dinc həyatın bərqərar olması üçün işlər görüləcək. Bizim tərəfdən əsas vəzifə əlbəttə ki qan axıdılmasının qarşısının alınmasıdır. Bu, ali baş komandanımız tərəfindən qarşımıza qoyulan vəzifədir və biz şübhəsiz ki onu yerinə yetirməkdə niyyətliyik”, - deyə Şoyqu qeyd edib.
Nazirin sözlərinə görə, onlar, bölgəyə böyük planla gəliblər və onu həyata keçirməyə ümid edirlər.
|