Hikmət Hacıyev: Füzuli Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilib (VİDEO)
21 Noyabr 2020, 13:00 (GMT +4)
Bakı, 21 noyabr, SalamNews. “Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb.
SalamNews xəbər verir ki, reportaj “Azərbaycanın kabus şəhəri dağıntılar altında” adı ilə yayımlanıb.
Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.
“Füzuli Ermənistanın uzunmüddətli barbar işğalı nəticəsində xarabalığa çevrilib”, - deyə Hikmət Hacıyev müsahibəsində bildirib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.