Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib (VİDEO)
23 Noyabr 2020, 09:45 (GMT +4)
Bakı, 23 noyabr, SalamNews. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.
Bu barədə SalamNews Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.