ABŞ-da noyabr ayında 3 milyondan çox insan koronavirusa yoluxub23 Noyabr 2020, 10:14 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. ABŞ-da noyabr ayında koronavirusa yoluxma sayı rekord həddi - 3 milyonu keçib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "CNN" beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablama aparan Con Hopkins Universitetinin məlumatlarına istinadən məlumat yayıb.
Universitetin verdiyi məlumata görə, bu ay ABŞ-da koronavirusa 3.002.082 nəfər yoluxub.
Bu, mart ayından bəri ən yüksək aylıq göstəricidir.
Bundan əvvəl ən yüksək göstərici iyul ayında qeydə alınıb.
Bir milyondan çox amerikalı oktyabr, avqust və sentyabr aylarında koronavirusa yoluxub.
Ümumiyyətlə, ABŞ-da, 12.16 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 256 347 nəfər ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.
|