Netanyahu Baydeni İranla nüvə sazişinə qayıtmamağa çağırıb23 Noyabr 2020, 11:17 (GMT +4) Bakı 23 noyabr, SalamNews. B.Samid. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezident seçkilərində qalib gələn demokratların namizədi Co Baydeni beynəlxalq ictimaiyyətin İranla əldə etdiyi nüvə sazişinə qayıtmamağa çağırıb.
SalamNews xəbər verir ki, Benyamin Netanyahu bunu İsrailin “13-cü Telekanalı”na açıqlamasında deyib.
O bildirib ki, “yenidən nüvə sazişinə qayıtmaq doğru deyil və İrana qarşı güzətsiz siyasət davam etdirilməlidir.”
Qeyd edək ki, İsraildən başqa Səudiyyə Ərəbistanın yüksək rəsmiləri də Co Baydeni İranla nüvə sazişinə qayıtmamağa çağırıblar.
ABŞ prezidenti Donald Tramp 2018-ci ildə dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. Bayden bu sazişə qayıdacağı ilə bağlı bir neçə dəfə fikir bildirmişdi.
|