AB liderləri Bayden ilə AB-ABŞ münasibətlərini müzakirə edib24 Noyabr 2020, 09:53 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Avropa Komissiyası (AK) və Avropa Birliyi Şurasının başçıları Ursula von der Leyen və Çarlz Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenlə telefon danışıqları aparıb. Telefon söhbətində AB və ABŞ arasındakı münasibətlər müzakirə edilib, Bayden Brüsselə dəvət edilib.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Çarlz Mişel Twitter-də yazıb.
"Gəlin güclü AB-ABŞ ittifaqını yenidən quraq. Elə indicə yeni seçilmiş prezident Baydenlə danışdım və onu gələn il Brüsseldə keçiriləcək xüsusi iclasa dəvət etdim. İndi COVID-19, iqlim dəyişikliyi, təhlükəsizliklə mübarizədə gücümüzü birləşdirməyin vaxtı gəlib", - Ç.Mişel yazıb.
|