Tramp administrasiyasına səlahiyyəti Baydenə təhvil vermə prosesinə başlamağa dair təlimat verib24 Noyabr 2020, 10:14 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. ABŞ Prezidenti Donald Tramp, Ümumi Xidmətlər İdarəsinə (GSA) səlahiyyətin Cozef Baydenə təhvil verilməsi üçün "ilk protokollarda" nəzərdə tutulan işləri görməyə dair təlimat verdiyini bildirib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Tramp bu barədə "Twitter" səhifəsində yazıb.
"İşimiz irəliyə doğru gedir, davamlı mübarizə aparacağıq, qazanacağımıza əminəm! Ancaq ölkəmizin mənafeyini düşünərək Emiliyə (Mörfi) və qrupuna orijinal protokollarla əlaqədar lazım olan hər şeyi etmələrini tövsiyə edirəm və buna dair təlimatlar verdim", - deyə Tramp yazıb.
|