Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib24 Noyabr 2020, 17:56 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Göygöl rayonunda mağazda oğurluq hadisəsi baş verib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov, əvvəllər məhkum olunmuşlar Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.
|