Gəncə sakininə bıçaqla xəsarət yetirilib24 Noyabr 2020, 17:15 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Gəncə şəhərində quldurluq hadisəsi baş verib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Kəpəz Rayon Polis İdarəsinə noyabrın 17-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində 3 nəfərin qəsəbə sakini S.Sarıyevə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, əvvəllər məhkum olunmuşlar B.Əliyev və Ə.Hüseynov saxlanılıblar.
|