Avropa dövlətləri bölgədə daima müdaxilə etdikləri halda bizi müdaxilədə ittihamlandırırlar – Ayətullah Xamenei24 Noyabr 2020, 15:36 (GMT +4) Bakı, 24 noyabr, SalamNews, B.Samid. “Amerika kimi Avropa dövlətləri də həmişə İran əleyhinə mövqe sərgiləyirlər. Onlar bölgədə daima nadürüst müdaxilələr edirlər və bizə regionda müdaxilə etməyin deyirlər. Bu o haldadır ki, Britaniya və Fransa ən dağıdıcı nüvə raketlərinə malikdirlər və Almaniya da bu yoldadır. İndi onlar bizə, raketləriniz olmamalıdır, deyirlər.”
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkənin Üç Hakimiyyətinin Ali Koordinasiya Şurasında çıxışı zamanı deyib.
Bəzi Avropa dövlətlərinin İranın ballistik raketlər proqramı ilə bağlı yeni iddialarını tənqid edən Ayətullah Xamenei bu ölkələri açıq-aşkar müdaxilədə ittihamlandırıb.
Ayətullah Xamenei bildirib ki, bu ölkələrin çoxsaylı nüvə başlıqları və raketləri olduğu halda İranın ballistik raketləri proqramının dayandırılmasını tələb edirlər.
İranın İslam İnqilabının Ali lideri, müdaxilələrin daha çox Avropa dövlətləri tərəfindən həyata keçirildiyini bildrib. O əlavə edib:
“Bunun sizə aidiyyatı yoxdur. Siz əvvəl özünüzü islah edin, daha sonra bizlə bağlı fikir bildirərsiz.”
|