Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? (VİDEO)

24 Noyabr 2020, 15:54 (GMT +4)

Bakı, 24 noyabr, SalamNews. “Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib”.

SalamNews xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.

“Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb”, – Prezident bildirib.

Dövlət başçısı həmçinin Minsk qrupu həmsədr ölkələrinin Ağdamdakı fəaliyyətini tənqid edib:

“Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66