Gürcüstanda COVID-19 peyvəndi ölkə əhalisi üçün pulsuz olacaq25 Noyabr 2020, 09:54 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Gürcüstan hökumətinin əldə edəcəyi koronavirus peyvəndi ölkə əhalisi üçün pulsuz olacaq.
SalamNews yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqlədikdən sonra dərman Gürcüstan tərəfindən əldə ediləcək.
Mərkəz rəhbəri qeyd edib ki, peyvəndin Gürcüstana gətirilməsinin dəqiq tarixi hələlik məlum deyil.
|