Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu keçib25 Noyabr 2020, 10:54 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu keçib.
SalamNews-un "worldometers"ə istinadən verdiyi məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 60.108.193-ə çatıb.
Məlumatlara görə, virusdan ölənlərin sayı 1 414 925 nəfərdir, 41 556 897 nəfərin müalicəsi davam edir.
Koronavirusa yoluxanların sayına görə ilk üç yeri ABŞ, Hindistan və Braziliya tutur.
|