Pentaqon: Hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmalara əməl olunur25 Noyabr 2020, 11:28 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı nəticəsində əldə edilmiş Dağlıq Qarabağdakı hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmalara hazırda əməl edilir, ABŞ hadisələrin inkişafını alqışlayır.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Jonatan Hoffman keçirdiyi mətbuat brifinqində açıqlayıb.
"Xoşbəxtlikdən deyə bilərəm ki, indi Azərbaycanla Ermənistan arasında, hazırki mərhələdə əməl olunan sülh sazişi var", o deyib.
|