Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarini qəbul edib25 Noyabr 2020, 11:30 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib.
SalamNews-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.
Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.
İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.
Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.
|