Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

25 Noyabr 2020, 13:00 (GMT +4)

Bakı, 25 noyabr, SalamNews. Ölkə iqtisadiyyatında dağ-mədən sektorunu uğurla təmsil edən “AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyətini mühüm nailiyyətlərlə davam etdirir.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məhz bu fəaliyyətin nəticəsidir ki, Cəmiyyətin dünya bazarlarına ilk ixracı reallaşdırdığı 3 il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 mln manat vəsait cəlb edilib.

Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib (bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir). Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Qeyd edilən iqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir.

Belə ki, yaxın günlərdə Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, növbəti ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur. Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının 2026, Balakəndə yerləşən digər polimetal yatağı – “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib. Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi haqda qərarın qəbul edilməsi istisna olunmur.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində ölkə üzrə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl ikinci yerdə qərarlaşıb. Sözügedən yeni qızıl, eləcə də digər əlvan metal yataqlarının istismara verilməsi iqtisadi artımda dağ-mədən sahəsinin töhfəsini daha da artıracaq. Bu da, öz növbəsində, qeyri-neft sektorunun tərəqqisində əhəmiyyət rol oynamaqla yanaşı, milyonlarla manat həcmində vəsaitin ölkə iqtisadiyyatına cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına böyük təkan vermiş olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

"AzerGold"la Britaniya şirkətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

"AzerGold"un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüşüb

“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

“AzerGold”un istiqrazlarının ilk faiz ödənişləri həyata keçirilib

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib (FOTO)

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

"AzerGold" tədavülə istiqrazlar buraxacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

“AzerGold” istiqraz buraxmağa hazırlaşır

"AzerGold” bu il büdcəyə 6 milyon manat ödəniş edib

"AzerGold" qızıl-gümüş ixracından gəlirini 32% artırıb

“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib

"AzerGold" "Daşkəsən" yatağında geoloji kəşfiyyat işlərinə başlayır

“AzerGold” QSC birinci yarımilin yekunlarına dair onlayn müşavirə keçirib

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” irihəcmli ixrac əməliyyatlarını davam etdirir

22 Yanvar 2021, 16:16 (GMT +4)
Gənclər təşkilatları beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində hərəkətə keçir

22 Yanvar 2021, 16:00 (GMT +4)
XİN Avropa Parlamentinin qətnaməsini şərh edib: Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb

22 Yanvar 2021, 15:58 (GMT +4)
Türkiyə NATO-nun Əfqanıstan və İraqdakı missiyasına dəstək verməyə davam edəcək 

22 Yanvar 2021, 15:45 (GMT +4)
Gömrükçülər qanunsuz dərman preparatları və mobil telefonlar aşkarlayıb

22 Yanvar 2021, 15:39 (GMT +4)
İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

22 Yanvar 2021, 15:30 (GMT +4)
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)

22 Yanvar 2021, 15:28 (GMT +4)
Putin və AŞ rəhbəri Navalnı ilə bağlı vəziyyəti müzakirə edib

22 Yanvar 2021, 15:15 (GMT +4)
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

22 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22 Yanvar 2021, 14:57 (GMT +4)
Çində son sutkada 222 nəfər koronavirusa yoluxub

22 Yanvar 2021, 14:45 (GMT +4)
MN Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb (VİDEO)

22 Yanvar 2021, 14:36 (GMT +4)
Əfqanıstanda qarşılıqlı hücumlar davam edir, Baqlan və Nimruzda 8 hərbçi həlak olub

22 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub

22 Yanvar 2021, 14:27 (GMT +4)
ABŞ-da soyuducunun səhvən söndürülməsi nəticəsində 2000 doz peyvənd korlanıb

22 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

22 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

22 Yanvar 2021, 13:52 (GMT +4)
Yaponiya COVID-19 səbəbiylə Tokio Olimpiadasını ləğv etmək istəyir

22 Yanvar 2021, 13:45 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" işə qəbul rejimini dəyişib

22 Yanvar 2021, 13:37 (GMT +4)
Cavad Zərif: Tramp getdi, amma İran və qonşuları qaldı

22 Yanvar 2021, 13:30 (GMT +4)
Ötən il Bakıda baş verən yol qəzaların sayı açıqlanıb

22 Yanvar 2021, 13:15 (GMT +4)
Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib

22 Yanvar 2021, 13:12 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib

22 Yanvar 2021, 13:00 (GMT +4)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

22 Yanvar 2021, 12:40 (GMT +4)
Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

22 Yanvar 2021, 12:30 (GMT +4)
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək

22 Yanvar 2021, 12:27 (GMT +4)
İlon Mask karbon qazının tutulması texnologiysının müəllifinə 100 milyon dollar ödəyəcək

22 Yanvar 2021, 12:17 (GMT +4)
SANA: İsrailin Suriyaya hava zərbələri nəticəsində bir ailənin 4 üzvü həyatını itirib (FOTO)

22 Yanvar 2021, 12:15 (GMT +4)
Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

22 Yanvar 2021, 12:05 (GMT +4)
Fevralın 1-dən ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

22 Yanvar 2021, 12:00 (GMT +4)
Avtomobilin sənədlərinin daşınması tələblərinə dəyişiklik edilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66