FSB Moskva bölgəsində planlaşdırılan terror hücumlarının qarşısını alıb25 Noyabr 2020, 12:22 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Rusiyada FSB əməkdaşları "İslam Dövləti" terror təşkilatının üzvlərini saxlayaraq Moskva bölgəsindəki terror hücumlarının qarşısını alıb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə "RİA Novosti" xüsusi xidmət orqanına istinadən məlumat yayıb.
"Moskva bölgəsində təxribat və terror aktları törətmək niyyətində olan "İslam Dövləti" terror təşkilatının üzvlərinin fəaliyyətinin qarşısı alınıb", açıqlamada deyilir.
Qeyd edilir ki, Orta Asiya ölkələrindən birinin vətəndaşı olan qrup üzvü Vladimir bölgəsində ələ keçirilib. Qalan terrorçular barədə məlumat verilmir.
|