Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib25 Noyabr 2020, 14:11 (GMT +4) Bakı, 25 noyabr, SalamNews. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.
SalamNews xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
|