İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb25 Noyabr 2020, 15:24 (GMT +4) Bakı 25 noyabr, SalamNews. B.Samid. İranda son sutkada 13,843 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm pandemiya başlayandan indiyədək gündəlik qeydə alınan ən yuxarı hesab edilir.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
İran rəsmisi bildirib ki, son sutkada ölkədə 13,843 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 894,385-ə çatıb.
Əlavə edilib ki, son 24 saat ərzində İranda 469 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 46,207-ə çatıb.
İranda Covid-19 virusu ilə bağlı 6 milyona yaxın insan testlərdən keçib və testlərin cavabı müsbət olan xəstələrdən 626 mini sağalıb.
|