BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb25 Noyabr 2020, 16:48 (GMT +4) Bakı 25 noyabr, SalamNews. B.Samid. Birləşmiş Ərəb Əmirliyi Türkiyə, Pakistan və İran da daxil olmaqla 13 müsəlman ölkəsinin vətəndaşlarına vizaların verilməsini dayandırıb.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici işlər Nazirliyinin hələ ictimaiyyətə açıqlanmayan qərarında deyilib.
Reuters bildirib ki, BƏƏ XİN-in sənədində gəlib ki, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Tunis, Suriya, Mali, Əlcəzair və Somali da daxil olmaqla 13 ölkənin vətəndaşlarına vizaların verilməsi dayandırılıb.
BƏƏ bu barədə hələ rəsmi bəyanat verməyib. Reuters BƏƏ-nin viza rejimində yeni istisnaların olub, olmayacağının hələ məlum edilmədiyini bildirib.
Ekspertlər bildirirlər ki, BƏƏ-nin bu addımı Əbu-Dabinin İsraillə əlaqələri rəsmiləşdirməsi fonunda atılmış bir addımdır və əmirliyin İsraillə əlaqələrə görə müəyyən xofu yaşadığını göstərir.
|