Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

26 Noyabr 2020, 09:15 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

SalamNews-un məlumatına görə, Hikmət Hacıyevin bununla bağlı şərhində deyilir:

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür:

"Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir".

"Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq.

Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır", - deyə o bildirib.

"Qətnaməni Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi hesab edirik. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxti ilə bu ölkədə hökm sürmüş və gün də davam edən anti-semitizmi xatırladır.

Fransa Senatı məqsədyönlü şəkildə döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir, daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir.

Ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanmışdır. Təəssüflə qeyd edilməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa nə qədər paradoksal olsa da, bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Fransanın son vaxtlar bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı riyakar siyasət aparması Azərbaycan tərəfində ciddi narahatlıq və suallar doğurur.

Fransa Senatı əgər ədalət, beynəlxalq hüquq barədə bu qədər “narahatdır”sa, onda onun BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririk. Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməli və qətnaməni qınayan bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etməlidir", - Hikmət Hacıyev qeyd edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizin ruhu şaddır

Hikmət Hacıyev: Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub

Hikmət Hacıyev: “İlham Əliyev ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qəbuledilməz hesab edir”

Hikmət Hacıyev: İşğaldan azad olunan ərazilərin bərpası üçün işçi qruplar yaradılıb

Hikmət Hacıyev Pakistana təşəkkürünü bildirib

Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

Hikmət Hacıyev: Füzuli Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilib (VİDEO)

Hikmət Hacıyev: “Ermənistan Füzulidə mədəni irsi qəsdən məhv edib”

Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”

Hikmət Hacıyev tvitter profilinin bərpasına görə hər kəsə təşəkkür edib

Hikmət Hacıyev: Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır

Hikmət Hacıyev: Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamalardan çəkinməlidir

Hikmət Hacıyev: Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir

Hikmət Hacıyev: “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər”

Hikmət Hacıyev: "Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib"

Hikmət Hacıyev İranın Azərbaycana dəstəyindən yazıb

Hikmət Hacıyev telefonla İran səfiri ilə danışıb

Hikmət Hacıyev: Qubadlının məscidi donuzxanaya çevrilib

Hikmət Hacıyev "Sərhədsiz reportyorlar" təşkilatının iddialarına münasibət bildirib

Hikmət Hacıyev Ermənistanın TRT-ni hədəfə almasını pisləyib

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

20 Yanvar 2021, 13:00 (GMT +4)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 12:59 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLENT)

20 Yanvar 2021, 12:50 (GMT +4)
Kaliforniyada yeni koronavirus növü aşkar edilib

20 Yanvar 2021, 12:45 (GMT +4)
Azərbaycan neftinin qiyməti bahalaşıb

20 Yanvar 2021, 12:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Yanvar 2021, 12:17 (GMT +4)
Gürcüstanda son 24 saat ərzində 469 nəfər koronavirusa yoluxub 

20 Yanvar 2021, 12:15 (GMT +4)
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

20 Yanvar 2021, 12:04 (GMT +4)
Liviya paytaxtında partlayış nəticəsində iki briqada generalı həyatını itirib

20 Yanvar 2021, 12:00 (GMT +4)
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalı verib

20 Yanvar 2021, 11:52 (GMT +4)
Tramp: Son dəfə sizin qarşınızda dayanıram

20 Yanvar 2021, 11:45 (GMT +4)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Qara Yanvar faciəsinə dair film hazırlayıb

20 Yanvar 2021, 11:34 (GMT +4)
Argentinada son sutkada 12.141 koronavirusa yoluxma aşkar edilib 

20 Yanvar 2021, 11:30 (GMT +4)
Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2021, 11:30 (GMT +4)
Sumqayıtda karantini pozan restoran sahibi saxlanılıb

20 Yanvar 2021, 11:26 (GMT +4)
"Tramp öldü, nüvə sazişi isə qaldı" – Həsən Ruhani

20 Yanvar 2021, 11:15 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

20 Yanvar 2021, 11:00 (GMT +4)
Nazir müavini: COVID-19-a qarşı vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə davam etdiriləcək

20 Yanvar 2021, 10:51 (GMT +4)
Conson: İngiltərə demokratiyanı qorumaq üçün Bayden rəhbərliyi ilə işləməyə hazırdır

20 Yanvar 2021, 10:50 (GMT +4)
Vaqif Əsədov: Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin

20 Yanvar 2021, 10:45 (GMT +4)
Hikmət Hacıyev: Şəhidlərimizin ruhu şaddır

20 Yanvar 2021, 10:34 (GMT +4)
ÜST son həftə ərzində koronavirusdan rekord sayda ölüm hadisəsinin qeydə alındığını açıqlayıb  

20 Yanvar 2021, 10:30 (GMT +4)
Türkiyə səfirliyi: Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq

20 Yanvar 2021, 10:27 (GMT +4)
ABŞ-da xarici işlər naziri olacaq siyasətçi Qüdslə bağlı açıqlama verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66