Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26 Noyabr 2020, 12:15 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur.

SalamNews xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib.

Onun sözlərinə görə, Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir: "Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib. Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir. Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur”.

F.Mütəllimov bildirib ki, Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır:

“Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür. Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur”.

Nazirliyin əməkdaşı onu da vurğulayıb ki, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır: “Uzunluğu 200 km olan Tərtərçay Kür çayının Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən yeraltı sular hesabına formalaşır”.

F.Mütəllimovun sözlərinə görə Kəlbəcər rayonundakı mövcud su ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MN Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayıb (VİDEO)

Kəlbəcərin Aşağı Şurtan kəndindən görüntülər yayımlanıb

MN Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər hazırlayıb

MN Kəlbəcər rayonunun Keşdək kəndinin görüntülərini yayıb - VİDEO

MN Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndindən videogörüntülər hazırlayıb

MN Kəlbəcər rayonunun Otaqlı kəndindən videogörüntülər yayıb

MN işğaldan azad olunan Kəlbəcər rayonunun Almalıq kəndindən videogörüntülər yayıb (VİDEO)

Bir qrup hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

MN Kəlbəcər rayonunun Çıraq kəndinin görüntülərini yayıb (VİDEO)

Kəlbəcərin Məmmədsəfi kəndinin görüntüləri yayımlanıb (VİDEO)

MN Kəlbəcər rayonunun İmambinəsi kəndindən videogörüntülər yayıb (VİDEO)

Kəlbəcərin Seyidlər kəndinin görüntüləri yayımlanıb

Kəlbəcər rayonunun Zar kəndindən videoreportaj yayımlanıb

Azərbaycan polisi Kəlbəcərdə postlar qurub (FOTO)

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən videogörüntüləri yayıb (VİDEO)

Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

Kəlbəcər və Laçına komendantlar təyin edilib

Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

21 Yanvar 2021, 15:25 (GMT +4)
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb

21 Yanvar 2021, 15:22 (GMT +4)
ABŞ 100 gün müddətinə deportasiyanı dayandırıb

21 Yanvar 2021, 15:16 (GMT +4)
İsraildə bir günə 8,174 nəfərin koronavirusa yoluxması qeydə alınıb

21 Yanvar 2021, 15:03 (GMT +4)
İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanş olub (FOTO)

21 Yanvar 2021, 14:52 (GMT +4)
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21 Yanvar 2021, 14:42 (GMT +4)
Çində son sutkada 144 yeni koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 14:33 (GMT +4)
Ötən il Azərbaycanda metanol istehsalı 24 %-dən çox artıb

21 Yanvar 2021, 14:21 (GMT +4)
Ötən il Azərbaycanda 3 106 əkiz, 117 üçəm, 4 dördəm doğulub

21 Yanvar 2021, 14:10 (GMT +4)
BMT ABŞ-ın Paris İqlim Sazişinə rəsmi olaraq nə zaman qayıdacağını açıqlayıb

21 Yanvar 2021, 14:02 (GMT +4)
Bağdadın mərkəzində silsilə partlayışlarda ölənlərin sayı 28-ə çatıb (VİDEO)

21 Yanvar 2021, 13:58 (GMT +4)
Ombudsman Səhiyyə Nazirliyinə müraciət edəcək

21 Yanvar 2021, 13:47 (GMT +4)
Azərbaycanda 2 927 kütləvi kitabxana, 239 muzey, 29 peşəkar teatr fəaliyyət göstərir

21 Yanvar 2021, 13:35 (GMT +4)
Bayden BMT Baş Katibini ABŞ-ın ÜST-ə qayıtdığı barədə məlumatlandırıb

21 Yanvar 2021, 13:31 (GMT +4)
Azərbaycanın populyar idman növləri açıqlanıb

21 Yanvar 2021, 13:21 (GMT +4)
Qax sakinindən narkotik vasitə və pnevmatik tapança götürülüb

21 Yanvar 2021, 13:10 (GMT +4)
Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib

21 Yanvar 2021, 13:00 (GMT +4)
"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

21 Yanvar 2021, 12:58 (GMT +4)
Rusiyada son sutkada 21.887 koronavirusa yoluxma aşkar edilib

21 Yanvar 2021, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

21 Yanvar 2021, 12:40 (GMT +4)
İngiltərə Kraliçası Baydenə xüsusi ismarıc göndərib

21 Yanvar 2021, 12:30 (GMT +4)
Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb

21 Yanvar 2021, 12:25 (GMT +4)
Bağdadın mərkəzində şiddətli partlayış törədilib, azı 8 ölü var (VIDEO)

21 Yanvar 2021, 12:20 (GMT +4)
Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb

21 Yanvar 2021, 12:10 (GMT +4)
XIN: Liviyada həbsdə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilib

21 Yanvar 2021, 12:08 (GMT +4)
İranda 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib (FOTO)

21 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb

21 Yanvar 2021, 11:57 (GMT +4)
Sobyanin Moskvadakı koronavirusla bağlı vəziyyəti dəyərləndirib

21 Yanvar 2021, 11:45 (GMT +4)
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

21 Yanvar 2021, 11:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

21 Yanvar 2021, 11:18 (GMT +4)
Çin Pompeo da daxil olmaqla 28 şəxsə qarşı sanksiya tətbiq edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66