Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib26 Noyabr 2020, 12:08 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır. SalamNews xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, Fransa Senatının bu qətnaməsi ATƏT-in Minsk Qrupunun niyə bu problemi həll edə bilmədiyini nümayiş etdirir.
Qeyd edək ki, Fransa senatı ölkə hökümətini "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərarı qəbul edib.
Səsverməyə qatılan 306 senatordan 305-i qərarın qəbul edilməsinə səs verib.
Fransa Xarici İşlər Naziri Baptiste Lemoine bildirib ki, qondarma respublikanın tək tərəfli tanınması kimsəyə fayda verməyəcək.
|