Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib26 Noyabr 2020, 13:12 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
SalamNews xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.
|