İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb26 Noyabr 2020, 15:29 (GMT +4) Bakı 26 noyabr, SalamNews. B.Samid. İranda son sutkada 13,961 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 908,346-a çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, son sutkada ölkədə 13,961 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 908,346-a çatıb.
Əlavə edilib ki, son 24 saat ərzində İranda 482 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 46,689-a çatıb.
İranda indiyə qədər yoluxmuşlardan 634 mini sağalıb.
|