Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib26 Noyabr 2020, 16:08 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu və NATO Baş Katibi Yens Stoltenberq telefon danışığı keçirib. Telefon danışığı zamanı regional gündəmdəki aktual məsələlərin müzakirəsi aparılıb.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Həmçinin, Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
|