İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq26 Noyabr 2020, 16:54 (GMT +4) Bakı 26 noyabr, SalamNews. B.Samid. İsrail qarşıda gələn iki ay ərzində işğal edilən İordan çayının qərb sahlində salınan yaşayış massivləri üzərində suverenliyini elan etmək istəyir.
SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, bunu Şəhərsalma naziri Çaxi Haneqbi deyib.
Knessetdə çıxış edən İsrailli nazir bildirib ki, hökumət İordan çayının qərbində sayı 120-ə çatan yaşayış massivinin qanuniləşdirilməsi barədə layihə təqdim edib.
Əlavə edilib ki, bu addımın prosedurları ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti bitməmiş həyata keçiriləcək.
Qeyd edək ki, İordan çayının qərb sahili və Qüdsün şərqi 1967-ci ildə İsrail tərəfindən işğal edilib. İsrail bu bölgələrdə 350-dən çox yaşayış massivi salıb.
|