Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:31 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. İran ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bunun bariz nümunəsi kimi İran ərazisindən Ermənistana silah daşınmasının qarşısını almaq qərarını göstərmək olar.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciətində belə dedi: “Mən bunu bilirəm ki, ermənilər nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər”.

Prezident İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində də bu mövzuya toxunmuşdu: “İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran hökumətinə bir daha təşəkkürümüzü bildirmək istəyirik”.

Qarabağ müharibəsinin davam etdiyi 44 gündə İranın mövqeyi rəsmi Bakını qane edirdi. Doğrudur, Tehranın Azərbaycanı yalnız sözdə dəstəklədiyini, əməldə kifayət qədər dəstək vermədiyini söyləyənlər də var idi, ancaq prezident İlham Əliyevin son açıqlamaları İranın Azərbaycana dəstəyinin yalnız sözdə olmadığını göstərdi. Prezident hətta İranın Azərbaycanı silahla təmin etdiyini də bildirdi. Məsələn İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycana silah satan ölkələr arasında İranın adını qeyd etdi: “Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən silah alırıq”.

İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.

Bu arada, İran hərbi komandirləri də ikinci Qarabağ müharibəsində Azərbaycana dəstəklərini söylədilər. Buna misal olaraq İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpurun açıqlamasını xatırlatlatmaq olar: “İran həmişə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını arzulayırdı və indi bu hadisə baş verdiyinə görə sevinirik”. Sepah generalı İranın Qarabağdakı terrorçularla mübarizəyə hazır olduğunu da sözlərinə əlavə etdi. Bu açıqlamanı Sepah-ın digər generalı Rəhim Noyi Əqdəm də təsdiqlədi: “Bakı kömək üçün Tehrana müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən döyüşməyə hər zaman hazırdılar”.

Müharibə dövründə İranın ali dini lideri Seyid Əli Xamneyinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti açıqlamasında dedi ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır: “Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadiq qalırıq. Azərbaycanın yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul edib ki, onların hər birində Azərbaycanın bu bölgələrinin işğaldan azad edilməsi tələb olunur. BMT-nin üzvü olaraq Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını tələb edirik. Bu ərazilərin işğalı nəticəsində bir milyondan çox azərbaycanlı köçkün düşüb. Onlar tezliklə vətənlərinə qayıtmalıdırlar”. Daha sonra dini liderin özü də məsələyə bu sözlərlə münasibət bildirdi: “Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsi zəruridir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi Azərbaycan Respublikasının bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.

Prezident İlham Əliyev bu açıqlamalardan sonra CNN-Türk televiziyasına 7 oktyabr müsahibəsində İran haqqında bunları dedi: “İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. İranın rəsmi şəxsləri açıqlamalar verdilər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir”.

Bəlkə də elə bu səbəbə görə, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev birinci Qarabağ müharibəsinə aid bəzi sirləri mətbuata açıqlayaraq, İran topçularının müharibədə Azərbaycana dəstək məqsədi ilə dəstəyindən danışdılar: “Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, İran tərəfi xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı”.

Beləliklə, müharibədən sonra Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır. Təsadüfi deyil ki, İlham Əliyev noyabrın 16-da işğaldan azad edilmiş İranla sərhəd rayonlara gedərkən belə bir ifadə işlətdi: “Araz çayı üzərindən keçən Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevrilib”.

İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək Ermənistanda narazılıqla qarşılanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə il əvvəl İrana etdiyi rəsmi səfərin əhəmiyyəti qalmadı. Paşinyana müxalif olan qüvvələr də İranın Ermənistandan üz çevirdiyini bildirirlər. Bu Azərbaycanın maraqlarına uyğundur. Bundan sonra İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional səviyyədə əməkdaşlıq genişlənəcək. Regional əməkdaşlıqda Azərbaycan və İranla yanaşı Rusiya və Türkiyə də iştirak edəcəklər.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi Bakı


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Yanvar 2021, 18:00 (GMT +4)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

15 Yanvar 2021, 17:48 (GMT +4)
"Pfizer" Avropaya peyvənd tədarükünü müvəqqəti olaraq azaldır

15 Yanvar 2021, 17:45 (GMT +4)
Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub

15 Yanvar 2021, 17:30 (GMT +4)
Azərbaycanda son sutkada 494 nəfər COVID-19-dan sağalıb, 12 nəfər vəfat edib

15 Yanvar 2021, 17:15 (GMT +4)
MN Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Qasımlı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

15 Yanvar 2021, 17:08 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla üçtərəfli görüşün nəticələrini müzakirə edib

15 Yanvar 2021, 17:02 (GMT +4)
Avropa İttifaqı Suriyanın xarici işlər nazirinə sanksiya tətbiq edib

15 Yanvar 2021, 17:00 (GMT +4)
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

15 Yanvar 2021, 16:52 (GMT +4)
Rusiya Açıq Səma Müqaviləsindən çıxır

15 Yanvar 2021, 16:45 (GMT +4)
Ağdaş sakinləri narkotik vasitə ilə saxlanılıb

15 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

15 Yanvar 2021, 16:24 (GMT +4)
"Moderna" rəhbəri: SARS-CoV-2 heç bir yerə yox olmayacaq

15 Yanvar 2021, 16:15 (GMT +4)
Avstriyadan gətirilən istifadəyə yararsız 100 kq qida qatqısı məhv edilib

15 Yanvar 2021, 16:00 (GMT +4)
Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

15 Yanvar 2021, 15:54 (GMT +4)
Çin iki ÜST ekspertini ölkəyə buraxmayıb

15 Yanvar 2021, 15:53 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəməndən ölkənin cənubuna daxil olan üç PUA-nı vurduğunu bildirib

15 Yanvar 2021, 15:45 (GMT +4)
Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq

15 Yanvar 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

15 Yanvar 2021, 15:20 (GMT +4)
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq

15 Yanvar 2021, 15:18 (GMT +4)
Brüsseldə Türkiyə və Yunanıstan hərbi heyətləri arasında danışıqlar yenidən başlayacaq

15 Yanvar 2021, 15:15 (GMT +4)
Balakəndə evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

15 Yanvar 2021, 15:00 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

15 Yanvar 2021, 14:55 (GMT +4)
Zaxarova: Rusiya Azərbaycan və Ermənistan ziyalıları arasında dialoqa dair təşəbbüsləri dəstəkləyərdi

15 Yanvar 2021, 14:50 (GMT +4)
Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

15 Yanvar 2021, 14:40 (GMT +4)
İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

15 Yanvar 2021, 14:30 (GMT +4)
Ali Baş Komandan: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm

15 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə edilib

15 Yanvar 2021, 14:13 (GMT +4)
Pentaqon "Xiaomi" də daxil olmaqla Çinin daha doqquz şirkətini qara siyahıya salıb

15 Yanvar 2021, 14:00 (GMT +4)
Ceyhun Bayramov ISESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb

15 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiyada COVID-19 səbəbiylə ölənlərin sayı 64 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66