Buenos Ayresdə polislə Maradonanın azarkeşləri arasında toqquşma baş verib27 Noyabr 2020, 09:14 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Buenos Ayresdə Dieqo Maradonanın anım mərasimində iştirak edən polis məmurları ilə Argentina milli futbol komandasının keçmiş oyunçusu və məşqçisinin pərəstişkarları arasında qarşıdurma baş verib.
SalamNews xəbər verir ki, hadisələr vida mərasiminin keçirildiyi prezident sarayının qarşısındakı meydançaya aparan Nueve de Xulio və Avenida de Mayo prospektlərinin kəsişməsində başlayıb. Polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıda bilib.
Qarşıdurmalar zamanı azı iki nəfər saxlanılıb.
|