Birləşmiş Ərəb Əmirlikləri İsrailə uçuşlarına rəsmən start verib27 Noyabr 2020, 10:33 (GMT +4) Bakı 27 noyabr, SalamNews. B.Samid. Birləşmiş Ərəb Əmirliklərinin tanınmış hava yolları şirkəti “Fly Dubai” ötən gün və ilk dəfə olaraq İsrailə uçuşlarına rəsmən start verib.
SalamNews xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi bəyanat verib.
Bildirilib ki, baş nazir Benyamin Netanyahu özü şəxsən bu ilk hava reysini qarşılamaq üçün Ben-Qurion hava limanına gedib.
Netanyahu burada çıxışında BƏƏ hava yolları şirkətinin İsrailə uçuşlara rəsmən başlamasını tarixi gün adlandırıb.
Qeyd edək ki, İsraillə Bəhreyn arasında uçuşlar da bir həftə öncə başlayıb.
Bu iki ərəb ölkəsi sentyabrda İsraillə əlaqələrin rəsmiləşdirlməsini elan ediblər. Ötən ay Sudanın İsraillə əlaqələri normallaşdırması bəyanatından sonra Təl-Əvivlə əlaqələri rəsmiləşdirən ərəb ölkələrinin sayı 5-ə çatıb.
|